Bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası törədən sürücüyə hökm oxunub

Bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası törədən sürücüyə hökm oxunub
# 18 dekabr 2014 08:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Rövşən Nəzərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, R. Nəzərov 7 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, Rövşən Nəzərov idarə etdiyi “VAZ-2107” markalı maşınla Nazim Vəliyevi və Tofiq Qasımovu vurub.

Qəza nəticəsində xəsarət alan Tofiq Qasımov hadisə yerində dünyasını dəyişib, N. Vəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR