Əfqanıstanda baş verən terror hadisəsi nəticəsində 33 nəfər ölüb, 100 nəfər yaralanıb

Əfqanıstanda baş verən terror hadisəsi nəticəsində 33 nəfər ölüb, 100 nəfər yaralanıb
# 18 aprel 2015 09:13 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə “Reuters” yerli polisə istinadən məlumat yayıb. Hadisə nəticəsində 33 nəfər ölüb, 100-ə yaxın şəxs yaralanıb.

Terror hadisəsi səhər saatlarında dövlət qulluqçularının maaşlarını aldığı bankın binası qarşısında baş verib. Polisin ilkin ehtimalına görə, hadisəni terrorçu-kamikadze törədib. Lakin hələlik onun partlayıcı maddəni avtomobilə, yoxsa özünə bağladığı məlum deyil.

Həlak olanların kimliyi dəqiqləşdirilir. Polis insanların xəsarət alanlara yardım etdiyi zaman ikinci partlayışın törədildiyi barədə də məlumatı dəqiqləşdirir.

Hazırda Əfqanıstanda ABŞ-ın 10 min, NATO-nun digər ölkələrinin 3 min hərbçisi var. ABŞ-ın planına əsasən 2015-ci ilinin sonuna kimi Əfqanıstanda 5 min amerikalı hərbçi qalmalı, 2016-cı ilin sonuna kimi isə bütün əcnəbi hərbçilər ölkədən çıxarılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR