“Dreamland” Qolf Klubunda ilk İMG turniri baş tutub

“Dreamland” Qolf Klubunda ilk İMG turniri baş tutub
# 18 noyabr 2015 08:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Dreamland” Qolf Klubunun birincilər ili çərçivəsində İMG Kubokunun ilk oyununda 56 nəfər yarışıb.

“Azərsun Holding”dən “APA-Economics”ə verilən məlumata görə, “Dye Dizayn” tərəfindən işlənmiş beynəlxalq səviyyəli turnirlərin keçirilmə imkanlarına sahib qolf meydançasında Oscar Qarsia və onun qonağı Luis Aqilar 46 par üzrə yüksək 10-luğu qazandılar. Hər iki qonaq ilk zəfəri qazandıqları üçün böyük qürur hissi keçirdiklərini bildirdilər. Onlar “Dreamland” Qolf Klub tarixində 2015-ci ilin ilk qalibləri kimi tarixə adları yazıblar.

Beynəlxalq aləmdə məşhur olan bu tədbirdə “Dreamland” Qolf Klubunun üzvləri və onların qonaqları, həmçinin, üzv olmayan şəxslər üçün daha bir əlavə yarışdan ibarət idi. Tədbirdə uğur qazanmaq istədikləri üçün bir çox komandalar bir gün öncə məşq edir və öz oyun strategiyaları üzərində işləyirdilər. Grant Gilmour və Bruce Ferguson cütlüyü İMG kuboku uğrunda gedən yarışı ikinci yerdə başa vurdular, onların 46 balı qalibiyyətə uyğun olsa da, “geriyə 9” yoxlamasından yoxlamadan sonra onlar yalnız 2 balla qalib olmaq şansını əldən verdilər.

Qızğın mübarizənin getdiyi qolf klub üzvü olmayan şəxslər üçün əlavə yarışda günün ən yaxşıları olan Bob Fu və Gavin Mackenzie 51 bal toplamaqla oyunu birinci yerdə tamamladılar. Yarış zamanı B. Fu 10-cu dəlikdəki mükəmməl birdie və 5-ci və 18-ci dəliklərdəki birdielərdən ibarət 3 fərqli səbəblə topu dəliyə salmağa müvəffəq olub.

İkinci yeri isə 49 bal toplamış David Lawson və John Quinn cütlüyü qazanıb.

“Dreamland” Qolf Klubun PGA üzrə baş mütəxəssisi olan Michael Sweenie oyunçulara öz məsləhətlərini verib, 11-ci dəlikdə peşəkar dərs keçməklə par 3 dəliyini də təcrübədən keçirib. M. Sweenie hər bir komanda üçün bir atış həyata keçirib. M. Sweeniyə qalib gələ biləcək şəxs isə Qolf Akademiyasında qolf dərsi almaq şansı qazanırıb. Bu isə Mik Trilolo olub. Yarış zamanı oyunçular müxtəlif bacarıqlara əsaslanan əyləncə xarakterli kateqoriyalarda da iştirak ediblər:

4-cü dəliklərdə bayrağa ən yaxın mövqe, John Keay tərəfindən qazanılıb

7-ci dəlikdə bayrağa ən yaxın mövqe, John Savage tərəfindən qazanılıb

3-cü dəlikdə ən uzun drayv, Rachel Harrison tərəfindən qazanılıb

16-cı dəlikdə ən uzun drayv, Adam MacDonald tərəfindən qazanılıb

Qaliblərə mükafatları İMG nümayəndəsi Steven Morgan və Fireland Wines nümayəndəsi olub.

Qeyd edək ki, 2015-ci ildə öz qapılarını geniş ictimaiyyətə açan “Dreamland” Qolf Klubu “Dye Dizayn”ına məxsus 18 dəlikli beynəlxalq turnirlərə ev sahibliyi etmə səviyyəli qolf meydançası, İMG performans studiyaları olan qolf akademiyası və müvafiq xidmət obyektlərinə malik Klabhaus-dan ibarətdir. Meydança mənzil, villa və Sabis Sun beynəlxalq məktəbini əhatə edən “Dreamland” qapalı yaşayış sahəsinin ən vacib hissəsi hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR