Paşha Bank
Bank Of Baku

“Keşikçidağ”la bağlı dezinformasiyaya görə həbs edilmiş gürcü jurnalist azadlığa buraxılıb

Dito Çubinidze

© APA | Dito Çubinidze

# 29 oktyabr 2026 13:24 (UTC +04:00)

Gürcüstanda dövlətə xəyanət və təxribat törətmək ittihamı ilə həbs olunmuş “Asaval-Dasavali” qəzetinin jurnalisti Dito Çubinidze barəsində qətimkan tədbiri dəyişdirilib.

APA-nın yerli bürosu xəbər verir ki, Apellyasiya Məhkəməsinin qərarı ilə o, 4 min lari (1 540 ABŞ dolları) məbləğində girov müqabilində azadlığa buraxılıb.

Qərarın qəbulu Dito Çubinidzeyə qarşı cinayət təqibinin dayandırıldığı anlamına gəlmir. O, məhkəmə proseslərində azadlıqda olaraq iştirak edə biləcək.

Qeyd edək ki, Dito Çubinidze oktyabrın 22-də saxlanılıb, növbəti gün Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

İstintaqla müəyyən edilib ki, Dito Çubinidze 2026-cı ilin fevral ayından etibarən müxtəlif media vasitələri və sosial platformalar vasitəsilə sistemli şəkildə yalan məlumatlar və dezinformasiya yayıb, uydurma faktlara əsaslanaraq Gürcüstan Baş nazirinin qonşu dövlətlə bağladığı gizli razılaşma yolu ilə guya “Keşikçidağ” (David Qareci) monastır kompleksinin bir hissəsini Azərbaycan Respublikasına verdiyini iddia edib. Günahı sübuta yetiriləcəyi təqdirdə, onu 4 ilədək həbs cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR