Anar Məmmədli və digərlərinin barəsində olan hökmdən kassasiya şikayəti verilib

Anar Məmmədli və digərlərinin barəsində olan hökmdən kassasiya şikayəti verilib
# 06 may 2015 11:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbəri Anar Məmmədli və digərlərinin barəsində olan hökmdən kassasiya şikayəti verilib.

Bu barədə APA-ya məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, şikayət məhkəməyə təqdim olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədli 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay, Bəşir Süleymanlı 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və sonuncu məhkəmə zalında həbs edilib.

Məhkəmə digər təqsirləndirilən Elnur Məmmədov barəsində 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyənləşdirsə də, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və 2 il müddətinə şərti cəza ilə əvəzlənib.

Hökmdən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

Onu da qeyd edək ki, B. Süleymanlı prezident İlham Əliyevin martın 18-də imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR