“Azərsun Holdinq”in rəhbəri Rusiyanın ali mükafatına layiq görülüb

 “Azərsun Holdinq”in rəhbəri Rusiyanın ali mükafatına layiq görülüb
# 05 may 2015 13:36 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, A. Goozal “Kuban şəhərinin inkişafına verdiyi mühüm töhfəyə görə ”III dərəcəli qızıl medal, “Krasnodarın kənd təsərrüfatının inkişafına verdiyi töhfəyə görə” Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Bu məqsədlə təşkil edilmiş təltifetmə mərasimində çıxış edən Rusiya Federasiya Şurasının üzvü Yevqeniy Qromıko “Azərsun Holdinq” Krasnodar vilayətində müxtəlif layihələr reallaşdıraraq insanların sosial-rifah hallının yaxşılaşdırılması və işlə təmin olunmasında böyük rol oynadığını bildirib. O, A. Goozala bütün krasnodarlılar və şəxsən RF-nın kənd təsərrüfatı naziri A. Tkaçov adından dərin minnətdarlığını bildirib.

Y. Qromiko bildirib ki, bu gün Rusiya və Azərbaycan birgə iqtisadi və ticari əlaqələrini genişləndirir: “Azərsun Holdinq” son 5 il ərzində Krasnodara böyük investisiya yatırıb. Biz vaxtı ilə dənizdə iki gəmi olaraq rastlaşdıq. O vaxtdan bəri “Azərsun Holdinq” və Krasnodar vilayəti birgə irəliləyirik”.

Y. Qromıko son 5 ildə bir neçə investisiya layihəsinin imzalandığənə söyləyib. O, şirkət tərəfindən bu günə qədər Krasnodar vilayətinin iqtisadiyyatına 4,5 mlrd. rubldan artıq investisiya yatırıldığını deyib: “Bu günə qədər vilayətdə 400-dən artıq iş yeri yaradılıb, bir neçə müxtəlif istiqamətli kənd təsərrüfatı məhsulları, qida müəssisələri, logistika şirkətləri yaradılıb. Gələcəkdə bizim böyük əməkdaşlıq istəklərimiz var. İnanırıq ki, növbəti illərdə də “Azərsun Holdinq” Rusiya biznesində yeni sahələr açacaq və yeni uğurlar qazanacaq”.

A. Goozal fəaliyyətinə verilən dəyərə və ona göstərilən diqqətə görə minnətdarlığını bildirib. O, gələcəkdə Krasnodarda daha gözəl işlər görəcəyinə ümid etdiyini deyib: “Rusiya və Azərbaycan kimi iki ölkə arasında dostluq münasibətlərinə bir balaca körpü olmaqdan xoşbəxtəm. Arzu edirəm ki, bu dostluq daha da möhkəmlənsin.”

A. Goozal Rusiyanın Krasnodar vilayətində “Azərsun Holdinq”in “Kuban Tea” brendi ilə istehsal olunan çay fabriki, konserv zavodu və logistika mərkəzi fəaliyyət göstərdiyi qeyd edib. O, Rusiyaya yatırımların ölkə başçısı İlham Əliyevin məsləhəti və xeyir-duası ilə başladıqlarını vurğulayıb.

Rusiya Dövlət Dumasının deputatı İvan Qemçenko gələcəkdə Krasnodar vilayəti və “Azərsun Holdinq” arasında daha böyük layihələrin reallaşdırılacağına inandığını söyləyib.

Tədbirdə çıxış edən Beloreçensk rayonunun bələdiyyə başçısı İvan İmqrunt isə “Azərsun Holdinq”in keyfiyyət fəlsəfəsinin və müəssisələrində yaradılmış yüksək əmək şəraitinin nümunəvi səviyyədə olduğunu bildirib. O, A. Goozalın Rusiyanın, xüsusilə də Krasnodar vilayətinin təhsilinə də diqqət ayırdığını vurğulayıb. O, A. Goozalın Kuban Dövlət Aqrar Universitetinin fəxri doktoru olduğunu xatırladıb və Beloreçinsk şəhərində yerləşən 31 saylı orta məktəbdə ehtiyacı olan şagirdlərə dəstək olduğunu, onlara təqaüdün verildiyini söyləyib. Kuban Dövlət Aqrar Universiteti və orta məktəbinin inkişafına göstərdiyi maddi və mənəvi dəstək də Rusiya rəsmiləri tərəfindən çox yüksək qiymətləndirilib.

Qeyd edək ki, ölkənin ixrac potensialının artmasına dəstək olmağı qarşısına məqsəd qoyan “Azərsun Holdinq” Şirkətlər qrupu bu yolda müsbət addımlar atır. Artıq “Azərsun Holdinq” tərəfindən istehsal olunan məhsullar ölkədaxili tələbatı ödəməklə bərabər xarici bazarlarda da çox yüksək qiymətləndirilir və “Made in Azerbaijan” yazısını öz üzərində şərəflə daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR