Almaniya Silahlı Qüvvələri Rusiya və Belarus ərazisindəki radar sistemlərini və digər radioelektron avadanlıqları izləmək məqsədilə Litvada radioelektron mübarizə vasitələrindən istifadə etməyi planlaşdırır.
“Reuters” agentliyinin məlumatına görə, bunu Bundesverin kiberqoşunlarının rəhbəri, vitse-admiral Tomas Daum bildirib.
Onun sözlərinə görə, Almaniya hərbçiləri Rusiya və Belarus ərazisində radio dalğaları yayan hərbi texnikaya dair məlumatlar toplayacaqlar.
Məlumata əsasən, müvafiq hərbi bölmənin 2027-ci ildə tam şəkildə yerləşdirilməsi nəzərdə tutulur.
Hazırda Almaniya hərbçiləri Litvada müxtəlif radioelektron mübarizə sistemlərini sınaqdan keçirirlər.
Bunlara pilotsuz uçuş aparatlarının aşkarlanması vasitələri, siqnal qəbulediciləri, radiomaneə sistemləri və döyüş meydanından məlumatların uzaq məsafədəki analitiklərə ötürülməsini təmin edən sensorlar daxildir.