Azərbaycanda 2018-ci ilədək 6 minə yaxın əlil və şəhid ailəsi mənzillə təmin ediləcək

Azərbaycanda 2018-ci ilədək 6 minə yaxın əlil və şəhid ailəsi mənzillə təmin ediləcək
# 24 oktyabr 2014 11:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ilin əvvəlinədək növbədə olan Qarabağ müharibəsi, 20 Yanvar, Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərdən ibarət ümumilikdə 1 453 nəfər avtomobillə təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bunu qurumun kollegiya iclasında nazir Səlim Müslümov deyib.

“Son 9 ayda bir sıra rayonlar üzrə 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib. Bu ilin sonuna kimi ayrı-ayrı bölgələrdə də yeni yaşayış binaları istifadəyə verilməklə, daha 198 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil veriləcək. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamına əsasən isə 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5 731 nəfər əlil və şəhid ailəsi də 2014-2018-ci illərdə mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək”, - deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR