Ağcabədidə sürücü sükan arxasında ölüb - FOTO - VİDEO

Ağcabədidə sürücü sükan arxasında ölüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 mart 2015 13:17 (UTC +04:00)

Ağcabədi. Teymur Zahidoğlu - APA. Ağcabədi rayonunda sürücünün ürəyi sükan arxasında dayanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağcabədi rayonunun Sarıcalı kəndində qeydə alınıb. Ağdam rayonunun Güllücə kəndindən olan məcburi köçkün, 1963-cü il təvəllüdlü Paşayev Gəray Hidi oğlu idarə etdiyi "NAZ Lifan" markalı minik maşınında ürək tutmasından dünyasını dəyişib. Bundan sonra nəqliyyat vasitəsi yol kənarındakı hasara çırpılaraq dayanıb. Yaxınları mərhumun bu vaxtadək 3 dəfə infarkt keçirdiyini bildiriblər.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR