AİB prezidenti: "Azərbaycan qısa müddət ərzində orta gəlirli ölkə statusu əldə edib"

AİB prezidenti: "Azərbaycan qısa müddət ərzində orta gəlirli ölkə statusu əldə edib"
# 02 may 2015 08:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Asiya İnkişaf Bankının İllik Toplantısı ilk dəfə olaraq Cənubi Qafqaz regionunda təşkil olunur. 3000 nəfərin iştirakının gözlənildiyi bu tədbir iqtisadiyyatın inkişafı və yoxsulluğun azaldılması sahəsində əldə edilən əhəmiyyətli tərəqqini nümayiş etdirmək üçün Azərbaycana geniş imkanlar yaradır.

APA-Economics”in verdiyi xəbərə görə, bunu Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində keçirilən mətbuat konfransında Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao deyib.

Azərbaycanın 1999-cu ildən etibarən AİB-in üzvü olduğunu deyən T. Nakao Azərbaycanın qısa müddət ərzində orta gəlirli ölkə statusu əldə etməsi və bu işin həyata keçirilməsində bankın tərəfdaş olduğunu qeyd edib: “Gözəl və zəngin tarixə malik Bakı şəhərində olmaqdan çox məmnunuq. Bizə göstərilən səmimi qarşılanma və bu görüşün təşkili üzrə Azərbaycan Hökuməti ilə geniş əməkdaşlıq üçün dərin təşəkkürümü bildirmək istərdim”.

O bildirib ki, Azərbaycanda turizmin inkişafı üçün də potensial var: “Turizm sektoru yüksək səmərəlilik dərəcəsinə malik məşğulluğu təmin edə bilər. Azərbaycan şərq və qərb arasında yerləşir. Azərbaycan özünəməxsus ölkə kimi inkişaf edib. Azərbaycan turizm ehtiyatı baxımdan zəngin bir ölkədir. Azərbaycan zəngin ehtiyatlardan səmərəli şəkildə bəhrələnə bilər. Azərbaycanın coğrafi vəziyyəti Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlıq münasibətlərini dəstəkləyir. Bununla yanaşı, bu əməkdaşlığı daha genişləndirmək üçün infrastruktur gücləndirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR