“Yeni Həyat” şirkətlər qrupu ilə Azərbaycanda fəaliyyət göstərən bir neçə şirkət arasında əməkdaşlıq sazişi imzalanıb - FOTOSESSİYA

“Yeni Həyat” şirkətlər qrupu ilə Azərbaycanda fəaliyyət göstərən bir neçə şirkət arasında əməkdaşlıq sazişi imzalanıb - <span style="color: red;">FOTOSESSİYA
# 19 mart 2015 07:57 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Yeni Həyat” şirkətlər qrupu ilə “AAC” MMC, “Spark” MMC və “Göknur-Bakı LTD” MMC arasında birgə əməkdaşlıq haqqında saziş imzalanıb.

APA-Economics”in məlumatına görə, əməkdaşlıq haqqında sazişi “Yeni Həyat” şirkətlər qrupunun İdarə Heyətinin sədri Fərid Əsədov, “AAC” MMC-nin baş direktoru İsrail Asaliyev, “Spark” MMC-nin müdiri Əbdürrəhman Madakbaş, “Göknur-Bakı LTD” MMC-nin baş direktoru Rahib Rzayev imzalayıb.

F.Əsədov deyib ki, son zamanlar Azərbaycanda qeyri-neft sektorunun sürətlə inkişaf etməsi xarici analoqları ilə bərabərhüquqlu rəqabətə davamlı yerli məhsul və brendlərin yaranmasına münbit şərait yaradıb. “Bunun nəticəsində bir sıra sahələrdə, o cümlədən, inşaat sektorunda fəaliyyət göstərən şirkətlər işlərinin böyük əksəriyyətinin yerli məhsullara əsaslanaraq qurmağa və uğurlu layihələrə imza atmağa müvəffəq olub.

Belə şirkətlərdən biri də ölkənin inşaat sektorlarının liderlərindən sayılan “Yeni Həyat” şirkətlər qrupudur. Dizayn, yerləşmə, komplekslilik, yeni texnologiyalar və müasir standartlar, öz marka dəyərinə və müştərilərlə münasibətlərə sadiq qala bilmək kimi prinsiplər “Yeni Həyat”ı rəqiblərindən fərqləndirir”, - deyə F.Əsədov vurğulayıb.

Onun sözlərinə görə, şirkət bütün son layihələrində “AAC” şirkətinin istehsal etdiyi “Gobustane” hörgü bloklarından, “Spark” şirkətinin istehsalı olan betondan, “Göknur-Bakı” şirkətinin istehsal etdiyi müxtəlif təyinatlı kabellərdən istifadə edir: ”Bu isə öz növbəsində keyfiyyətə müstəsna önəm verən “Yeni Həyat”ın partnyor şirkətlərə və onların istehsal etdiyi məhsullara etibarından xəbər verir”.

“Yeni Həyat” şirkətlər qrupunun rəhbəri əlavə edib ki, son günlərdə manatın rəsmi məzənnəsindəki dəyişikliklərin yerli bazara təsirini azaltmaq üçün yerli şirkət və məhsullara üstünlük vermənin önəmini bəyan etməklə bağlı niyyət “Yeni Həyat”, “AAC” MMC, “Spark” MMC və “Göknur-Bakı LTD” MMC şirkətlərini birgə əməkdaşlıq haqqında saziş imzalamağa sövq edib.

Sazişə əsasən, “Yeni Həyat” loqosu ilə həyata keçiriləcək bütün layihələrdə zəruri mal-material tədarükündə məhz bu partnyor şirkətlərin məhsullarından istifadə ediləcək. Ölkə iqtisadiyyatının inkişafına dəstək olan bu addım yerli istehsalçıların nəinki bir-biri ilə, hətta xarici istehsalçılarla sağlam rəqabət aparmasına və xarici analoqlardan seçilməyən keyfiyyətli məhsul istehsal etməsinə yardım edəcək.

Bundan başqa, “Yeni Həyat” loqosu altında həyata keçirilən inşaat layihələrində bu sazişin əhatə dairəsində olan müqavilələr və razılaşmalar üzrə zəruri olan mal-material yerli bazardan, o cümlədən yerli istehsal üzrə tədarük ediləcək. Razılaşmaya əsasən, ölkə iqtisadiyyatının möhkəmləndirilməsinə töhfə verilməsi üçün istehsal həcmi müvafiq istehsal bölmələrinin işgörmə güclərinə nisbətən artırılması təmin edilərək inşaatların gedişinə mənfi təsir edəcək halların qarşısı alınacaq. Həmçinin, yerli məhsulların xarici mallara nisbətdə rəqabətliliyinin artırılması üçün müasir texnologiyalardan istifadə üzrə bütün potensial imkanlardan istifadəyə səy göstəriləcək. O cümlədən, keyfiyyətlilik göstəricilərinin davamlı qalması məqsədilə dünyada anoloji sahələrdə tətbiq olunan yüksək texnologiyalara və təcrübələrə yiyələnməsi üçün yerli mütəxəssislərin hazırlanması xüsusi diqqət ayrılacaq və əsas kapital kimi yerli insan resurslarının inkişafı təmin ediləcək. Xammal seçimində eyni texniki özəlliklərə malik mallar içində yerli mallara üstünlük verilməsi (tələb-təklif prinsipi ilə) əlaqəli sahələrin də müvafiq silsiləvi həcmdə inkişafına təkan verməsi ilə səciyyələnəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR