"Akvarel" rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək

"Akvarel" rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək
# 14 oktyabr 2014 15:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Oktyabrın 21-də “Xətai” Sənət Mərkəzində "Akvarel" rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyindən bildirilib. Məlumata görə, Azərbaycan Dövlət Rəsm Qalereyası və "Xətai Sənət Mərkəzi" bu ilin iyul ayında Azərbaycan rəssamlarının yüksək bədii dəyərə malik yeni akvarel əsərlərinin üzə çıxarılması və nümayişi, bu sənətin gələcək inkişafı üçün stimul yaradılması məqsədi ilə rəssamlar arasında akvarel müsabiqəsini elan edib.

Tanınmış rəssamlardan və mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqəyə təqdim olunan əsərlərə baxış keçirilib, yekun sərgidə nümayiş olunmaq üçün əsərlər seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR