Moskvada ÜAK və Rusiya Azərbaycan Gənclər Birliyi "Gənclərin hüquq mədəniyyəti" adlı dəyirmi masa keçirib

Moskvada ÜAK və Rusiya Azərbaycan Gənclər Birliyi "Gənclərin hüquq mədəniyyəti" adlı dəyirmi masa keçirib
# 13 mart 2015 00:28 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskvada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) mərkəzi ofisində Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) ilə birlikdə "Gənclərin hüquq mədəniyyəti" adlı dəyirmi masa keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev konqresin öz həmvətənlərinin, gələcəyi olan gənclərinin taleyinə biganə yanaşmadığını söyləyib: "Ona görə də, diaspor cəmiyyətdəki müasir dəyişikliyə, qanunvericilikdəki dəyişikliklərə və gənclərin təşəbbüslərinə operativ şəkildə reaksiya verir".

İxtisasca hüquqşünas olan İlqar Hacıyev Ümumrusiya Azərbaycan Konqresinin Hüquqi Yardım Mərkəzinin gənclərlə fəaliyyətindən də söz açıb: "Bugünki görüşümüz bizim fəaliyyətimizin məntiqi davamıdır. Müzakirə olunan mövzu Azərbaycan gəncliyi üçün aktual olduğu kimi, bütünlükdə Rusiya cəmiyyəti üçün də aktualdır".

Dəyirmi masanın moderatoru, Ümumrusiya Azərbaycan Konqresinin ictimai təşkilatlarla qarşılıqlı iş üzrə müşaviri Ramin Rəcəbov dəyirmi masanın keçirilməsində əsas məqsədin aktual məsələlər barədə gənclərin biliyinin artırılmasına kömək etmək, gündəlik qarşılaşdığı problemlərdə onlara hüquqi yardım və məsləhət verməkdən ibarət olduğunu bildirib.

RAGB İdarə Heyətinin üzvü Emin Hacıyev isə çıxışında keçirilən dəyirmi masanın ideyasının Rusiya Azərbaycanlı Gənclər Birliyinin qış məktəbi çərçivəsində meydana gəldiyini söyləyib: " Çoxsaylı təklif və xahişləri nəzərə alaraq RAGB ÜAK-la birlikdə "Əcnəbi tələbənin yaddaş ktabçası"nı işləyib hazırlayıb: ""Əcnəbi tələbənin yaddaş kitabçası" azərbaycanlı gənclər üçün Rusiya Federasiyası qanunvericiliyi barədə əla vəsaitdir".

Tədbirdə çıxış edən Rusiyanın fəxri vəkili Azər Əliyev Rusiya Federasiyasının qanunlarına onun ərazisində olan hər kəsin tabe olmalı olduğunu qeyd edib: "Dövlət ilə münasibətlərimiz səciyyələndirən iki gözəl anlayış var: "qanun" və "vəzifə". Bunları bilmək bizə hər bir vəziyyətdə özümüzü əmin hiss etməyə imkan verir".

Dəyirmi masada Moskva Dövlət Universitetinin, Moskva Dövlət Hüquq Akademiyasının, Rusiya İqtisad Universitetinin, Rusiya Gömrük Akademiyasının, Rusiya Dövlət Turizm və Xidmət Universitetinin və digər taınmış ali təhsil ocaqlarının tələbələri iştirak ediblər.

Tələbələr Pərviz Abışov, Rəna Musayeva, Babək Aslanlı, Musa Dadaşov məruzə ilə çıxış ediblər. Tədbir "sual-cavab" formatında davam etdirilib.

Tanınmış hüquqşünaslar gənclərin miqrasiya qanunvericiliyi barədə suallarını cavablandırıblar.

Tədbirin yekununda "Əcnəbi tələbənin yaddaş kitabçası" layihəsinin Rusiya Federasiyasının hər bir ali məktəbində azərbaycanlı gənclərlə müzakirə etmək qərara alınıb. Bu məqsədlə ali məktəblərin azərbaycanlı klublarının sədrlərinə "Əcnəbi tələbənin yaddaş kitabçası" broşürləri paylanıb. Onların qarşısına həmin broşürləri tələbələr arasında yaymaq tapşırığı qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR