Koreya səfiri Ağdama səfər edib - FOTOSESSİYA

Koreya səfiri Ağdama səfər edib - <span style="color: red;">FOTOSESSİYA
# 02 oktyabr 2015 14:34 (UTC +04:00)

Ağdam - APA. Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İn Ağdama səfər edib.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, səfir ilk öncə Ağdam rayon icra başçısının I müavini Zülfü Qasımovla görüşüb.

Səfirə cəbhə zonasında yaşayan əhalinin ermənilər tərəfindən tez-tez atəşə tutulması barədə məlumat verilib. Koreyalı diplomat Ağdamın sosial-iqtisadi inkişafı ilə maraqlanıb.

Səfir həmçinin ağdamlı məcburi köçkünlərin məskunlaşdığı “Dörd Yol-1” qəsəbəsində olub. O, şəhid Tural Əhmədovun ailəsinə baş çəkib. Çoi Suk İn T. Əhmədovun anası Kifayət Əhmədovaya hədiyyə təqdim edib.

Sonra səfirin Ağdam Dövlət Dram Teatrında koreyalı rejissor Sonq Si-Heubun ekranlaşdırdığı “Nizamlı adam” komediya filminin nümayişində iştirak edib.

Qeyd edək ki, diplomat sabah Ağdamın təhsil müəssisələrinə baş çəkəcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR