FHN Hacıqabulda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı məlumat yayıb

FHN Hacıqabulda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı məlumat yayıb
# 10 mart 2015 20:33 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Hacıqabul şəhərində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin bir otaq və mətbəxinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1962-ci il təvəllüdlü Kazımov Asif Mirzağa oğlunun meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR