Dünya fond bazarında əksər səhmlər bahalaşıb

Dünya fond bazarında əksər səhmlər bahalaşıb
# 18 dekabr 2014 06:26 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,69% - 17 356,87 bəndədək, S&P 500 2,04% - 2 012,89 bəndədək, NASDAQ 2,12% - 4 644,31 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,07% - 6 336,48 bəndədək, Fransa CAC-40-ı 0,46% - 4 111,91 bəndədək bahalaşıb, Almaniya DAX-ı isə 0,20% -9 544,43 bəndədək ucuzlaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 2,14% - 17 180,46 bəndədək, Hang Seng 1,34% - 22 887,70 bəndədək artıb, Shanghai 0,37% - 3 348,09 bəndədək azalıb.

COMEX-də qızılın bir unsiyasının qiyməti sonuncu hərraclarda 3,60 dollar bahalaşaraq 1 198,10 dollar, gümüş isə 0,08 dollar bahalaşaraq 16,01 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR