TQDK tərəfindən növbəti SAT imtahanı mayda keçiriləcək

TQDK tərəfindən növbəti SAT imtahanı mayda keçiriləcək
# 19 mart 2015 15:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən növbəti SAT (Scholastic Aptitude Test) imtahanı mayın 2-də keçiriləcək.

TQDK-nın mətbuat xidmətindən APA-y verilən xəbərə görə, imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı davam edir və son müraciət vaxtı aprelin 7-si saat 09:00-da bitəcək.

TQDK-nın “College Board” saytında qeydiyyatdan keçmiş test mərkəzinin kodu 60129 –dur. Qeydiyyatdan keçmək üçün keçid: http://tqdk.gov.az/en/international-partnerships/sat/

İmtahan may ayının 2-də saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz).İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar və imtahana gecikən şəxslər imtahan zalına buraxılmayacaqlar.

Qeyd edək ki, SAT imtahanı şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış beynəlxalq test imtahanıdır. SAT imtahanının nəticəsi ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul olmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR