Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib
# 29 sentyabr 2015 10:10 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 28-də saat 14 radələrində Şəmkir rayonunun Çənlibel kəndində rayon sakinləri Şəmşir Xəlilovun və Rəşid Eyyubovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Ş.Xəlilovun sərnişini Füzuli Novruzov hadisə yerində ölüb.

Şəmkir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR