Quldurluqda təqsirləndirilən qardaşların şikayəti təmin edilməyib

Quldurluqda təqsirləndirilən qardaşların şikayəti təmin edilməyib
# 18 may 2015 08:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirli bilinən Mirtofiq və Mirsahib Mirhəsənov qardaşlarının apellyasiya şikayətlərinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə onların şikayətlərini təmin etməyib.

Qeyd edək ki, Bakı şəhər sakini Şükür Əzizov iki naməlum şəxslərin quldurluğu ilə üzləşib. Onu hədələyən həmin şəxslər “Daewoo” markalı avtomobilini və 200 manatını alaraq hadisə yerindən qaçıblar. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Mirtofiq Mirhəsənov və onun qardaşı Mirsahib tutulublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirtofiq Mirhəsənov 9, qardaşı Mirsahib 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qardaşlar apellyasiya şikayəti veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR