® Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Son zəng” tədbiri

<font color=red>® </font> Heydər Əliyev adına Müasir Təhsil Kompleksində  “Son zəng” tədbiri
# 14 iyun 2016 13:44 (UTC +04:00)

14.06.2016-ci il il tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Son zəng” tədbiri

keçirildi.

Kompleksin direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru , Respublikanın Əməkdar Müəllimi Sevinc xanım Rzayeva çıxış edərək, məzunları və valideynləri “Son zəng” günü münasibətilə təbrik etdi. Məzunlara Ulu Öndər Heydər Əliyevin adını daşıyan bu kompleksin adını daim uca tutmağı, öz gələcək uğurları ilə kompleksin adını daim yüksəltmələrini tövsiyə etdi. Onlara gələcək təhsillərində və fəaliyyətlərində uğurlar dilədi, xoş arzularını bildirdi.

Sonra məktəbin direktoru pedaqoji elmlər doktoru Nasim Abışov məzunları təbrik etdi və qeyd etdi ki, məktəbin məzunarı hər il qəbul imtahanlarında yüksək nəticələr göstərirlər, məzunlarımızın topladığı orta bal ildən ilə yüksəlməkdədir. O, bu ilki məzunlara da arzuladıqları ali məktəblərə qəbul olunaraq doğma Azərbaycanın daha da inkişaf etməsi naminə öz sahələrinin qabaqcıl mütəxəssiləri kimi töhfələrini vermələrini arzuladı.

Daha sonra Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, Respublikan;n Əməkdar Müəllimi Sədaqət Əhmədova və Tarix - Coğrafiya kafedrasının müdiri , Respublikanın Əməkdar Müəllimi Rafiq Məmmədov çıxış edərək məzunları, müəllim və valideynləri təbrik etdilər, məzunlara uğurlar diləyib xoş arzularını bildirdilər.

Məzunlardan Abbasova Arzu, Orucov Rəhim Vəliyeva Xanımın valideynləri çıxış edərək rəhbərliyə, pedaqoji kollektivə valideynlər adından minnətdarlıqlarını bildirdilər.

Məzunlar da məktəb həyatı ilə bağlı xoş xatirələrini bölüşdülər, müəllimlərinə, rəhbərliyə təşəkkür etdilər.

Sonda birincilər on birinciləri təbrik etdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR