ATƏT sədri MM-də təmsil olunan müxalifət partiyalarının rəhbərləri ilə görüşüb

ATƏT sədri MM-də təmsil olunan müxalifət partiyalarının rəhbərləri ilə görüşüb
# 01 iyun 2015 13:29 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. ATӘT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Milli Məclisdə təmsil olunan bir qrup siyasi partiya rəhbəri ilə görüş keçirib.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə APA-ya açıqlamasında bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi, ictimai-siyasi vəziyyət və başqa məsələlər ətrafında müzakirələr aparılıb.

Partiya rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in fəaliyyətindən narazı olduqlarını bildiriblər.

Görüşdə A. Mollazadə ilə yanaşı, BAXCP sədri Qüdrət Həsənquliyev, VHP sədri Sabir Rüstəmxanlı, BQP sədri Fazil Mustafa, Ümid Partiyasının sədri İqbal Ağazadə, Ədalət Partiyasının sədri İlyas İsmayılov iştirak edib.

Parlamentdə təmsil olunmayan AXCP, Müsavat, ADP, KXCP və digər partiyalar görüşə dəvət edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR