Bakıda Türkiyə vətəndaşının maşınından oğurluq edən qrupun digər üzvü tutulub

Bakıda Türkiyə vətəndaşının maşınından oğurluq edən qrupun digər üzvü tutulub
# 29 oktyabr 2015 09:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda Türkiyə vətəndaşına məxsus maşından oğurluq edən qrupun digər üzvü tutulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Xəzər rayon 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 27-də Türkiyə vətəndaşı Şahin Adem Halitə məxsus “Volkswagen” markalı avtomobildən pul, maqnitofon və sənəd oğurlamış qrupun digər iştirakçısı - Bakı şəhər sakini Mahir Atakişiyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR