AAM-in hesabatı: Azərbaycan qızıl və gümüş istehsalını kəskin artırıb

AAM-in hesabatı: Azərbaycan qızıl və gümüş istehsalını kəskin artırıb
# 14 aprel 2015 10:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın Gədəbəy rayonunda yerləşən yataqlardan hasil edilən qızıl və gümüşün həcmi açıqlanıb.

APA-Economics”in “Anglo Asian Mining plc” şirkətinin hesabatına istinadən verdiyi məlumata görə, bu ilin I rübü ərzində ölkədə qızıl və gümüş istehsalı xeyli artıb.

Belə ki, bu ilin I rübündə Gədəbəyin yataqlarından şirkət tərəfindən hasil edilən qızılın həcmi 11 222 unsiyadan 17 193 unsiyaya qədər artıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 52% çoxdur.

Məlumata görə, bu ilin ilk rübündə mis istehsalı 182 tona, gümüş istehsalı isə 1 950 unsiyaya qədər artıb. Bu ilin dekabrın 31-nə qədər qızıl istehsalını 70-75 min unsiya arasında dəyişəcək.

Bildirilib ki, bu ilin ilk rübündə 17 206 unsiya qızıl satılıb ki, bunun da hər unsiyasının orta qiyməti 1 214 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR