Ölümlə nəticələnən yol qəzası törədən şəxsə hökm oxunub

Ölümlə nəticələnən yol qəzası törədən şəxsə hökm oxunub
# 07 may 2015 10:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Bakı şəhər sakini Teymur Sağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-ın məlumatına görə, məhkəmənin hökmü ilə T. Sağıyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi keçən il Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri Teymur Sağıyevin idarə etdiyi “QAZ-3302” və Emin İbrahimovun idarə etdiyi “VAZ-21154” markalı avtomobillər toqquşub.

Qəza zamanı E.İbrahimov və bir sərnişini xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilməyiblər. E.İbrahimov xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, qəzada dünyasını dəyişən Emin İbrahimov AXCP Gənclər Komitəsinin üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR