Elektrik cərəyanı Ağdaş sakinini vuraraq öldürüb

Elektrik cərəyanı Ağdaş sakinini vuraraq öldürüb
# 12 iyul 2016 09:41 (UTC +04:00)


Ağdaş. Elvin Yaqubov-APA. Ağdaş rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Şəkili kənd sakini, 1955-ci il təvəllüdlü Mirzəyev Cavanşir Səfər oğlu Ağdaş şəhərində sifarişlə inşa etdiyi evin dam örtüyünü quraşdırarkən ehtiyatsızlıq edib.

Əlindəki dəmir örtük yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinə toxunub, nəticədə cərəyan onu vuraraq öldürüb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR