Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti 4 ay ərzində 4 milyon 446 min manat artıb

Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti 4 ay ərzində 4 milyon 446 min manat artıb
# 01 may 2013 12:18 (UTC +04:00)

May ayının 1-i tarixinə Fondun Azərbaycan valyutası ilə hesabındakı vəsait 40191074 manat, ABŞ valyutası ilə hesabındakı vəsait 208791 ABŞ dolları, Avro hesabındakı vəsait 593 Avro olub. ABŞ valyutası ilə hesabdakı vəsait cəmi 3 min dollar artıb.

Fondun hesablarındakı ümumi vəsait 51 milyon 463 min 433 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR