Tovuz sakini bıçaqlanıb

Tovuz sakini bıçaqlanıb
# 24 iyun 2016 10:41 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuz rayonunda bıçaqlanma hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz şəhər sakini, 1973-cü il təvəllüdlü İlqar Tağıyev qarının və döş qəfəsinin kəsilmiş yarası xəsarəti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, İ. Tağıyev tanışı tərəfindən mübahisə zəmində bıçaqlanıb.


Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR