Milli İncəsənət Muzeyində Tamara Kvesitadzenin fərdi sərgisi açılıb - FOTO

Milli İncəsənət Muzeyində Tamara Kvesitadzenin fərdi sərgisi açılıb - <span style="color: red;">FOTO
# 17 aprel 2015 19:52 (UTC +04:00)

APA-nın məlumatına görə, sərgi “Kukla” Art-qalereyası, Mədəniyyət və Turizm Nazirliyi və Muzey Mərkəzi tərəfindən təşkil olunub.

Tədbirdə iştirak edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, gürcü rəssamın sərgisi “Kukla” Art-qalereyasının ikiilliyinə həsr olunub. “Sənətkarın Qurban Səidin məşhur romanının qəhrəmanları şərəfinə “Əli və Nino” adlandırılmış heykəli iki ölkə arasında dostluq və məhəbbət rəmzinə çevrilib”, deyə Ə.Qarayev bildirib.

Sərgidə sənətkarın yeni işləri təqdim edilib. Onlardan bəziləri xüsusi olaraq “Kukla” qalereyası üçün hazırlanıb: “Qadın və Mələk”, “Oxatan”, “Qırmızı və mavi”, “Balerina” və sair.

Sərgi aprelin 30-dək nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR