“Aztelekom”a məxsus magistral kabeli oğurlayan şəxslər tutulub

“Aztelekom”a məxsus magistral kabeli oğurlayan şəxslər tutulub
# 11 oktyabr 2014 08:19 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 1-dən 3-nə qədər, Puta qəsəbəsi ərazisində yerləşən “Aztelekom” İstehsalat Birliyinə məxsus 700 metr uzunluğunda magistral rabitə kabeli oğurlanıb. Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuşlar - 1953-cü il təvəllüdlü Şamoy Məhərrəmov və 1960-cı il təvəllüdlü Məhəmməd Allahverdiyev tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR