Hollandiyalı mütəxəssis: “İndiki “Qarabağ” əvvəlki illərlə müqayisədə daha güclüdü”

Hollandiyalı mütəxəssis: “İndiki “Qarabağ” əvvəlki illərlə müqayisədə daha güclüdü”
# 11 avqust 2014 14:29 (UTC +04:00)

Bakı – APA. “İndiki “Qarabağ” əvvəlki illərlə müqayisədə daha güclüdü. Hazırkı komanda həqiqətən də güclü heyətə malikdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun idman-direktoru Con van Loen deyib.

Ağdam təmsilçisinə AFFA tərəfindən təyin olunan hollandiyalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsi haqda fikirlərini açıqlayıb.

Hollandiya mətbuatına danışan van Loen vətənini təmsil edən “Tvente” ilə çalışdığı klubun qarşılaşması haqda düşüncələrini bölüşüb. O bildirib ki, 2009-cu ildə hollandiyalılar “Qarabağ” səddini adlasa da, indiki Ağdam təmsilçisi 5 il əvvəlkindən daha güclüdü: “Bu klubun sıralarında yaxşı oyun göstərən çox sayda legioner futbolçular da yer alıb. “Tvente” ilə “Qarabağ”ın duelində mərhələ adlamaq şanslarını 50-nin 50-yə qiymətləndirirəm. Amma bir şeyi demək olar. Bakıdakı stadionda qonaqların qalib gəlməsi çox çətindir. Hətta Avstriya “Zalsburq”u da bunu bacarmadı. Sizi inandırım ki, buradakı insanlar üçün futbol heç də ikinci dərəcəli deyil”.

Qeyd edək ki, “Qarabağ”la “Tvente” ilk oyunlarını avqustun 21-də Bakıda, cavab matçını 7 gün sonra Enshededə keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR