Dövlət Musiqili Teatrında “Kimdir müqəssir?” tamaşasının premyerası keçiriləcək

Dövlət Musiqili Teatrında “Kimdir müqəssir?” tamaşasının premyerası keçiriləcək
# 29 aprel 2013 12:52 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Mayın 6-da Azərbaycan Dövlət Musiqili Teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” pyesi əsasında yeni tamaşanın premyerası olacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçusu rejissoru İradə Gözəlova, rəssamı Nabat Səmədovadır. Rəqslərə xalq artisti Təranə Muradova və Qalina Semyonova quruluş verib.

Tamaşada əməkdar artistlər Çingiz Əhmədov, Əkbər Əlizadə, həmçinin tanınmış sənətçilər Ələkbər Əliyev, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Ruslan Mürsəlov, Gültac Əlili, Nigar Qarayeva və başqaları çıxış edir.

Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Teatrı əsas binasında təmir-bərpa işlərinin aparılması ilə əlaqədar müvəqqəti olaraq Dənizçilərin Mədəniyyət Evində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR