Avropa Azərbaycan Məktəbində dünyanın ən məşhur uşaq ədəbiyyatı müəllifi Mo Uilyamsla görüş keçirilib - FOTOSESSİYA - VİDEO

Avropa Azərbaycan Məktəbində dünyanın ən məşhur uşaq ədəbiyyatı müəllifi Mo Uilyamsla görüş keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 17 noyabr 2014 11:43 (UTC +04:00)

APA-nın xəbərinə görə, məktəbin valideyn və şagirdləri ilə keçirilən görüşdə müəllif Azərbaycan dilinə tərcümə edilmiş kitablarından birini - “Göyərçini avtobus sürməyə qoyma” kitabını birgə müzakirə edib, fikirlərini bölüşüb.

Görüşdən sonra Mo Uilyamsın Azərbaycan dilinə tərcümə edilən kitablarının, o cümlədən “TEAS Press” Nəşriyyat Evinin “3 alma” uşaq ədəbiyyatı bölməsinin 20-dən artıq uşaq kitabının sərgisi və satışı keçirilib. Valideynlər və uşaqlar müəllifin imzası ilə istədikləri kitabı əldə ediblər.

Mo Uilyamsın beş şəkilli kitabı Azərbaycan dilinə tərcümə edilib. Bunlar “Mən qonaqlığa dəvət almışam”, “Sənin başında quş var”, “Göyərçini avtobus sürməyə qoyma”, “Göyərçin küçük saxlamaq istəyir” və “Bala dovşan” kitablarıdır. Uşaq kitabları “TEAS Press” tərəfindən tərcümə və dizayn edilib.

Qeyd edək ki, Mo Uilyams uşaq ədəbiyyatı ilə məşğul olmazdan əvvəl televiziya ssenaristi və animator olub. “Doqquz il Sezam küçəsi” televiziya layihəsində çalışıb, 6 “Emi” mükafatına layiq görülüb. O, “Nickeladeon” və “Cartoon Network” uşaq telekanalları üçün cizgi filmləri çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR