Dubaydan Bakıya gələn Rusiya vətəndaşından soyuq silah götürülüb

Dubaydan Bakıya gələn Rusiya vətəndaşından soyuq silah götürülüb
# 12 iyul 2014 07:35 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Dubaydan Bakıya gələn Rusiya vətəndaşından soyuq silah götürülüb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Dubay-Bakı aviareysi ilə gələn Rusiya vətəndaşı Ruslan Süleymanovun çamadanına gömrük baxışı zamanı 5 ədəd bıçaq aşkar edilib. İlkin araşdırma zamanı vətəndaş izahatında həmin əşyaları Nepalın Katmandu şəhərində suvenir mağazasından aldığını bildirib.

Lakin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, 5 ədəd bıçaq kustar üsulla hazırlanan - çapıcı, kəsici-deşici xassəyə malik “Kukri” tipli Nepal milli bıçaqları olub və istifadəyə yararlı soyuq silah hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR