Abşeron rayonunda liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib

Abşeron rayonunda liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib
# 29 iyul 2014 04:25 (UTC +04:00)

Bakı-APA. Abşeron rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 01:42-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR