Səfir: “Azərbaycan və İran müştərək televiziya yarada bilər”

Səfir: “Azərbaycan və İran müştərək televiziya yarada bilər”
# 16 oktyabr 2014 14:37 (UTC +04:00)

İran Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqaminin bu günlərdə Azərbaycana baş tutmuş səfərini şərh edən Pak Ayin qeyd edib ki, səfər zamanı əldə olunan nailiyyətlər, əlaqələrin möhkəmlənməsi istiqamətində atılmış addımlar və Azərbaycan tərəfinin dost münasibəti Tehranı razı salıb.

“Xoşbəxtlikdən son iki ildə qarşılıqlı etimad doğuran işlər və şəffaf müzakirələr nəticəsində hər iki ölkə məsələlərə daha real yanaşaraq əməkdaşlıq və dostluq münasibətlərinin zəruriliyinə diqqət ediblər. Bu dəyişikliyi yalnız rəsmi səviyyədə deyil, eyni zamanda media sahəsində də müşahidə etmək olar. Səfər zamanı tərəflər müştərək media komitəsi yaradaraq əlaqələrin dərinləşməsi istiqamətində razılığa gəliblər. Bu mühüm qərar iki ölkənin əlaqələrin inkişafındakı iradəsinin göstəricisidir”, - deyə səfir bildirib.

Texniki məsələlər və yayım tezliklərində müdaxilə hallarının tənzimlənmə yolları, İran seriallarının Azərbaycanda və Azərbaycan seriallarının İranda nümayişi, eləcə də İrandan rəqəmsal ötürücülərin alınması kimi razılaşmalara toxunan diplomat əlavə edib ki, sonrakı mərhələdə Azərbaycan və İran arasında müştərək televiziyanın yaradılması barədə müzakirələr gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR