Sabah meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti proqnozlaşdırılır - VİDEO

Sabah meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti proqnozlaşdırılır - <span style="color: red;">VİDEO
# 13 noyabr 2015 09:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Noyabrın 14-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, arabir yağış yağacağı gözlənilir, güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 6-9, gündüz 9-11 dərəcə isti, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% təşkil edəcək.

Noyabrın 14-15-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, ayın 14-də güclü xəzri küləyinin ayın 15-də arabir güclənən gilavarla əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarda intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarında yağış tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR