Paris yaxınlığında keçirilən əməliyyat zamanı terrorçu-kamikadze özünü partladıb - YENİLƏNİB - VİDEO

Paris yaxınlığında keçirilən əməliyyat zamanı terrorçu-kamikadze özünü partladıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 18 noyabr 2015 08:59 (UTC +04:00)

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, qadın üzərindəki partlayıcı qurğunu işə salıb.

Polislər daha bir terrorçunu məhv ediblər, 3 nəfər isə saxlanılıb.

Qeyd edək ki, Sen-Denidə keçirilən əməliyyatın məqsədi Parisdəki terror aktlarının təşkilində şübhəli bilinən Abdelhamid Abaudun saxlanılması olub.

*** 10.34

Bakı - APA. Bu gün səhər Parisdə təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı 13 noyabrda törədilmiş terror aktlarına bağlılığı olduğu bildirilən 2 nəfər zərərsizləşdirilib.

APA-nın “Le Monde”a istinadən verdiyi məlumata görə, əməliyyat Paris ətrafındakı San-Denidə, “Stade de France” stadionunun yaxınlığında keçirilib. Əməliyyat zamanı 2 terrorçu öldürülüb. Daha 3 nəfərin sağ yaxalandığı xəbər verilir. Bir neçə polis yaralanıb.

Əməliyyat keçirilən ərazi ətrafdan təcrid edilib, ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR