Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirib - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirib - <span style="color: red;">FOTO
# 26 fevral 2015 12:25 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Nizami Kino Mərkəzində Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirib.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimə Bakı, eləcə də Cəbrayıl, Laçın, Şuşa, Zəngilan rayonlarından olan çağırışaqədərki hazırlıq rəhbərləri və məktəblilər qatılıblar.

Öncə Xocalı soyqırımının qurbanları 1 dəqiqəlik sükutla yad edilib. Mərasimi açan Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev Xocalı soyqırımının Azərbaycan xalqının tarixində qanla yazılan səhifə olduğunu vurğulayıb. O, qəddarlıqla qətlə yetirilən 613 Xocalı sakininin arasında 63 uşağın olduğunu qeyd edərək bildirib ki, bu faktlar hər bir gəncin yaddaşına həkk edilməlidir.

Zaur Abdullayev Heydər Əliyev Fondunun Xocalı soyqırımının dünyada tanıtdırılması istiqamətində gördüyü işlərdən də söz açıb: “Bu tədbirlər təkcə fevralın 26-da həyata keçirilmir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası davamlı olaraq aparılır. Siz gənclər təbliğat işlərinə daha aktiv qoşulmalı, haqq səsimizi dünyaya çatdırmalısınız”.

Anım mərasimi “Xoca” filminin nümayişi ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR