Bank Of Baku

DMX miqrantlara bayram süfrəsi açıb

DMX miqrantlara bayram süfrəsi açıb
# 15 iyun 2018 14:30 (UTC +04:00)

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər  üçün Ramazan bayramı münasibətilə süfrə açılıb.

 

DMX-dən APA-ya verilən məlumata görə, bayram tədbirində Mərkəzin rəisi Taleh İbrahimov bildirib ki, ölkəmizdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılmaları, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaları daim diqqət mərkəzində saxlanılır, onlara hər zaman qayğı göstərilir.

 

O qeyd edib ki, təşkil edilən bu bayram süfrəsi də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə multikultural və tolerant prinsiplərə yüksək qiymət verən dövlətimizin qayğısının nümunəsidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR