ABŞ-da Ebola virusuna yoluxmaqda şübhəli bilinən şəxs xəstəxanaya yerləşdirilib

ABŞ-da Ebola virusuna yoluxmaqda şübhəli bilinən şəxs xəstəxanaya yerləşdirilib
# 17 mart 2015 01:34 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, əvvəllər Qərbi Afrikada işləyən kişi Nebraska ştatında xəstəxanaya yerləşdirilib.

Ölümcül virusun əlamətləri iki gün öncə özünü büruzə versə də, xəstəyə hələ dəqiq diaqnoz qoyulmayıb.

Xatırladaq ki, martın 13-də Syerra-Leonedə Ebola virusuna yoluxmuş könüllü Merilend ştatında hospitala çatdırılaraq izolyasiya olunub.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına əsasən, “Ebola” virusundan ölənlərin sayı 10 mini ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR