Bağdadda törədilən iki terror aktı nəticəsində 19 nəfər ölüb, 43 nəfər yaralanıb

Bağdadda törədilən iki terror aktı nəticəsində 19 nəfər ölüb, 43 nəfər yaralanıb
# 21 iyul 2015 23:53 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, əvvəl Bağdadın şərq bölgəsində minalanmış avtomobilin partladılması nəticəsində 17 nəfər ölüb, 43 nəfər yaralanıb.

Şəhərin cənub hissəsində digər avtomobildə partlayıcı qurğunun işə salınması daha 2 iraqlının həyatına son qoyub.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Xatırladaq ki, Ramazan bayramı günü Bani Saad şəhərində baş vermiş partlayış 120 nəfərin ölümünə səbəb olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR