Hillari Klinton: “Ukrayna ordusu və xalqı bizim daha ciddi dəstəyimizə layiq olduqlarını sübut etdi”

Hillari Klinton: “Ukrayna ordusu və xalqı bizim daha ciddi dəstəyimizə layiq olduqlarını sübut etdi”
# 14 aprel 2015 12:05 (UTC +04:00)

Bakı – APA. “Hesab edirəm ki, biz Ukrayna hökumətinə daha böyük maliyyə yardımı ayırmalıyıq. Çünki hazırda onlar qeyri-peşəkar və korrupsion sistemdən dünya qaydalarına uyğun fəaliyyət göstərəcək sistemə keçid etməyə çalışırlar”.

APA-nın xəbərinə görə, bunu “Amerikanın səsi” radiosuna müsahibəsində ABŞ prezidentliyinə namizədliyini elan edən Hillari Klinton deyib.

H. Klinton bildirib ki, ABŞ Ukraynaya sərhədlərin müdafiəsində yardım etməlidir: “Onlara yeni ləvazimatlar verilməlidir, çoxlu birgə təlimlər keçirilməlidir. ABŞ və NATO indiyə qədər bunu o qədər də həvəslə etməyiblər. Mən bunun səbəbini başa düşürəm. Mürəkkəb və potensial təhlükə daşıyan situasiyadır. Lakin separatçılara qarşı döyüşən Ukrayna ordusu və sadə ukraynalılar sübut etdilər ki, bizim indiyə qədər göstərdiyimiz yardımlardan daha güclü dəstəyə layiqdirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR