Nəqliyyat sektorunda yükdaşıma 35% bahalaşıb

Nəqliyyat sektorunda yükdaşıma 35% bahalaşıb
# 11 iyul 2016 16:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyun aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,7% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu ilin iyun ayında isə may ayına nisbətən yükdaşıma qiymətləri 0,4%, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 0,2% və 0,7%, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 0,7%, dəniz nəqliyyatında 0,6%, avtomobil nəqliyyatında 0,2% bahalaşıb, ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR