İntihar etmək istəyən 2 nəfər xilas edilib

İntihar etmək istəyən 2 nəfər xilas edilib
# 17 aprel 2015 09:44 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Şirvan və Sumqayıtda intihara cəhd hadisələri qeydə alınıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 16-da Sabirabad rayon sakini İnşallah Əlili Şirvan şəhərinin ərazisində körpüdən özünü Kür çayına atmağa cəhd göstərib. Cəhdin qarşısı Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb.

Analoji hadisə Sumqayıt şəhəri 6-cı mikrorayonun ərazisində qeydə alınıb. Şəhər sakini Tünzalə Xudiyeva intihar məqsədi ilə özünü dənizə atıb. O, polis əməkdaşları tərəfindən xilas edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR