Şabranda 8 hektar ərazidə quru kol-kos yanıb

Şabranda 8 hektar ərazidə quru kol-kos yanıb
# 16 avqust 2015 16:21 (UTC +04:00)

Şabran. Vəli Turan – APA. Bu gün Şabran rayonunda yanğın baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran rayonu, Udulu kəndi ərazisində 8 hektar ərazidə quru kol-kos yanıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR