Bakıda yol qəzası baş verib, xəsarət alanlar var

Bakıda yol qəzası baş verib, xəsarət alanlar var
# 16 iyul 2015 10:28 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda yol qəzası qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə Suraxanı rayonunda Hövsan-Türkan yolunda qeydə alınıb.

Bakı şəhər sakini Canpolad Babayevin idarə etdiyi “VAZ 21-06” markalı avtomobillə naməlum sürücünün idarə etdiyi, Bakı şəhər sakini Emin Paşayeva məxsus “BMW” markalı avtomobillər toqquşub.

Nəticədə C. Babayev və həyat yoldaşı, 1961-ci il təvəllüdlü Sevil və piyada Lalə Cavadova xəsarət alıb.

Hər üç şəxs müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR