Prezident İlham Əliyev İsrail və Latviyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib - VİDEO

Prezident İlham Əliyev İsrail və Latviyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib - <span style="color: red;">VİDEO
# 31 avqust 2015 12:12 (UTC +04:00)

APA-nın xəbərinə görə, səfir Dan Stav Azərbaycanın sabitlik məkanı olmasının, xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşamalarının önəmini qeyd edib. Diplomat Azərbaycanda olduğu qısa vaxt ərzində bunun şahidi olmasından məmnunluğunu dilə gətirib, Azərbaycanda mövcud olan tolerantlığın ölkəsində yüksək dəyərləndirildiyini deyib.

Prezident İlham Əliyev Azərbaycanda dini tolerantlığın, multikulturalizmin hökm sürdüyünü vurğulayaraq ölkəmizdə yaşayan müxtəlif xalqların, o cümlədən yəhudi xalqının bu tolerantlığın, multikulturalizmin yaratdığı dəyərlərdən bəhrələndiyini bildirib. Dövlət başçısı yəhudi icmasının Azərbaycanın iqtisadi və mədəni həyatında da fəal iştirak etdiyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib, iqtisadi, enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan prezidenti Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsun da etimadnaməsini qəbul edib.

Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin möhkəmlənməsi baxımından önəmini diqqətə çatdırıb. Prezident İlham Əliyev əməkdaşlığımızın daha da genişləndirilməsi üçün təkcə ənənəvi deyil, eyni zamanda, yeni sahələrin müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb. Dövlət başçısı Yuris Maklakovsun ölkəmizdəki səfirlik fəaliyyəti dövründə Azərbaycanın müvafiq nazirlik və qurumları ilə səmərəli əməkdaşlıq həyata keçirərək münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

İqtisadi əməkdaşlığın daha da genişləndirilməsini qarşıya qoyulan prioritet vəzifələrdən biri olduğunu deyən Yuris Maklakovs səfir kimi fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.

Görüşdə ölkələrimiz arasında iqtisadi, sərmayə qoyuluşu, ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR