Bağdadda qaçqın düşərgəsi atəşə tutulub, 4-ü uşaq olmaqla 6 nəfər ölüb

Bağdadda qaçqın düşərgəsi atəşə tutulub, 4-ü uşaq olmaqla 6 nəfər ölüb
# 27 iyul 2016 22:32 (UTC +04:00)

Bakı-APA. İraqın paytaxtı Bağdadda qaçqınların müvəqqəti yerləşdirildiyi düşərgə minaatanlardan atəşə tutulub.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 4-ü uşaq olmaqla 6 nəfər ölüb.

Bildirilir ki, düşərgəyə 3 mərmi düşüb.

Hadisəyə görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR