İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının yeni sədri seçilib

İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının yeni sədri seçilib
# 20 dekabr 2014 07:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının yeni sədri seçilib.

Bürodan “APA-Economics”ə verilən məlumata görə, dekabrın 19-da İSB-nin Himayəçilər Şurasının iclası keçirilib. İclasda “Standard Insurance” sığorta şirkətinin İdarə Heyətinin sədri Aydın Rəhmanov Himayəçilər Şurasının sədri təyin edilib.

Qeyd edək ki, bundan əvvəl İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri Kamal İbrahimov olub. K.İbrahimovun ərizəsinə əsasən, onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR