S&P "PAŞA Bank"ın reytinqini təsdiqləyib

S&P "PAŞA Bank"ın reytinqini təsdiqləyib
# 02 aprel 2015 07:03 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Beynəlxalq reytinq agentliyi "Standard&Poor's" (S&P) Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank"ın reytinqini - uzunmüddətli "BB-" və qısamüddətli “B” səviyyəsində, "stabil" proqnozu ilə bir daha təsdiqləyib.

Bu barədə "APA-Economics"ə bankdan məlumat verilib.

"PAŞA Bank"ın İdarə Heyətinin üzvü, baş investisiya direktoru Taleh Kazımovun sözlərinə görə, regionda makroiqtisadi risklərin artmasının müşahidə olunduğu müasir dövrdə reytinqin təsdiqlənməsi bankın etibarlılığının tutarlı təsdiqidir: “Real sektorun etibarlı maliyyə tərəfdaşı mövqeyini tutmaqla, biz gələcəkdə də biznesi dəstəkləyəcək və Azərbaycan iqtisadiyyatının inkişafına və diversifikasiyasına öz töhfəsini verməyə hazırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR